"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Lahicda “Bazar meydanı” abadlaşdırlıb

--2017-10-17 / 04:35

ismayıllı rayon Lahıc bələdiyyəsinin dəstəyi ilə qəsəbənin "Bazar meydanı" adlanan meydanında abadlıq işləri davam etdirilir.

Bələdiyyə sədri Rövşən əliyevin Belediyye.infoya verdiyi məlumata görə, hər il olduğu kimi bu ildə bələdiyyə qəsəbənin abadlığına öz töhvəsini verməkdədir. “Bazar meydanı”na bitişik ərazilərdə gül çiçəkliklər  salınmış ətrafına məhəccərlər quraşdırlmışdır. Müasir üslubda düzədlilən məhəccərlər rənglənmiş, güllər sulanmışdır. Bununla yanaşı həmin ərazidə yolun  sıradan çıxmış hissəsinədə daşlar düzülmüşdür.

Sədrin sözlərinə görə, Azərbaycan tarixində  xüsusi yeri olan Lahic qəsəbəsinə   turistlərin cəlb edilməsi istiqamətində qəsəbə bələdiyyəsi bundan sonra bir sıra layihələrin icrasını həyata keçirmək niyyətindədir.

Belediyye.info

ŞƏRHLƏR